AZ

Millimiz AÇ-da seçmə mərhələyə Sloveniyaya məğlubiyyətlə başladı

Azərbaycanın U-19 millisi Avropa çempionatının seçmə mərhələsində ilk matçına çıxıb.

.Sportinfo.az xəbər verir ki, yığmamız Sloveniya ilə üz-üzə gəlib.

Görüş Şimali Makedoniyanın Strumitsa şəhərindəki Kukuş stadionunda keçirilib. Oyunda millimiz 0:2 hesabı ilə uduzub.

B Liqasının 5-ci qrupunda yer alan Azərbaycan millisi növbəti matçını noyabrın 28-də Şimali Makedoniyaya qarşı keçirəcək.

B Liqası, 5-ci qrup

Sloveniya - Azərbaycan2:0

Qollar: Omerza, 2, Prelovsek, 31

Estoniya - Şimali Makedoniya 0:2

Seçilən
180
6
sportinfo.az

10Mənbələr