Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları Bakı şəhəri, Yasamal rayonu, H.B.Zərdabi küçəsi 15/51 ünvanında yerləşən, fiziki şəxs Arcumandi Selcan Saləddin qızına məxsus suşi emalı müəssisəsində plandankənar yoxlama keçirib.
Paralel.az xəbər verir ki AQTA-dan bildirilib.
Baxış zamanı emal müəssisəsinin qida təhlükəsizliyi qeydiyyatından keçmədən fəaliyyət göstərdiyi, həmçinin sanitariya norma və qaydalarının tələblərinin pozulduğu aşkarlanıb.
Faktla bağlı obyekt rəhbərliyi barəsində inzibati protokol tərtib olunub, icrası məcburi göstərişlər verilib, müəssisənin fəaliyyətinə dair məhdudlaşdırıcı tədbirlərin tətbiqi barədə qərar qəbul edilib.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta