Bakı, 26 noyabr, AZƏRTAC
UEFA Çempionlar Liqasının əsas mərhələsində İtaliyada “Napoli” və “Qarabağ” komandaları arasında keçirilən V tur oyununda ikinci qol vurulub.
AZƏRTAC xəbər verir ki, “Dieqo Armando Maradona” stadionunda oynanılan qarşılaşmanın 72-ci dəqiqəsində komandamızın heyətində Marko Yankoviç avtoqol müəllifi olub - 2:0.
01:25
UEFA Çempionlar Liqasının əsas mərhələsində İtaliyada “Napoli” və “Qarabağ” komandaları arasında keçirilən V tur oyununda hesab açılıb.
AZƏRTAC xəbər verir ki, “Dieqo Armando Maradona” stadionunda oynanılan qarşılaşmanın 65-ci dəqiqəsində rəqibin heyətində Skott MakTominey hesabı açıb - 1:0.
01:01
UEFA Çempionlar Liqasının əsas mərhələsində İtaliyada “Napoli” və “Qarabağ” komandaları arasında keçirilən V tur oyununda ikinci hissə başlayıb.
AZƏRTAC xəbər verir ki, “Dieqo Armando Maradona” stadionunda oynanılan qarşılaşmanın ilk yarısında hesab açılmayıb - 0:0.
00:47
UEFA Çempionlar Liqasının əsas mərhələsində İtaliyada “Napoli” və “Qarabağ” komandaları arasında keçirilən V tur oyununda ilk hissə başa çatıb.
AZƏRTAC xəbər verir ki, komandalar “Dieqo Armando Maradona” stadionunda oynanılan qarşılaşmanın fasiləsinə qolsuz heç-heçə ilə yollanıb - 0:0.
00:00
UEFA Çempionlar Liqasının əsas mərhələsində İtaliyada “Napoli” və “Qarabağ” komandaları arasında keçirilən V tur oyunu start götürüb.
AZƏRTAC xəbər verir ki, “Dieqo Armando Maradona” stadionunda oynanılan qarşılaşma Bakı vaxtı ilə gecə saat 00:00-da başlayıb.
Matçı polşalı FIFA referisi Şimon Marçinyak idarə edir.