Globalinfo.az xəbər verir ki, Ortaylı məscidə qaldırıcı kranın daxil edilməsinə qəzəblənib.
O, Bizans dövründən qalma binanın uçma təhlükəsi ilə üz-üzə ola biləcəyini söyləyib.
Tarixçi Ayasofyanın döşəməsinin ağır texnikaya davam gətirə bilməyəcəyini deyib:
"Memarlıqdan başları çıxmır. O məscid bunu qaldırmaq gücündə deyil. Binaya kran bir tərəfə, maşın belə girməməlidir. Bu müdaxilələrin mənfi təsiri gec-tez ortaya çıxacaq. Binanın altı tamamilə tunellərlə doludur. Hər gələn Ayasofyaya atasının şəxsi mülkü kimi davranır. Əgər o bina çökərsə, dünya bunun əvəzini türklərdən çıxacaq".
Qeyd edək ki, Ayasofya Bizans İmperiyasının "qızıl əsri"nin simvolu hesab edilir. Bina əvvəllər uzun müddət provoslav kilsəsi olub. Son olaraq 2020-ci ildən isə məscid kimi fəaliyyət göstərir. Yaxın zamanda restovrasiya məqsədilə qaldırıcı kranların binaya daxil olması ictimaiyyətdə birmənalı qarşılanmadı.