AZ

SEPAH generalından Azərbaycanla bağlı gözlənilməz açıqlama

SEPAH generalı və İran parlamentinin Milli Təhlükəsizlik Komissiyasının keçmiş sədr müavini Mənsur Həqiqətpur Zəngəzur dəhlizi ətrafında əldə olunan son razılaşmanı şərh edib.

Bu barədə telekanal məlumat yayıb.

Həqiqətpur bildirib ki, ABŞ Prezidenti Donald Trampın vasitəçiliyi ilə Azərbaycan və Ermənistan arasında əldə edilən razılaşma bölgədə yeni geosiyasi proseslərə yol açır və bunun kiçik məsələ kimi təqdim edilməsi sadəlövhlükdür.

Həqiqətpur İran prezidenti Məsud Pezeşkianın məsələni "şişirdilmiş" adlandırması ilə razılaşmadığını vurğulayaraq deyib:

"Bu razılaşmanın əhəmiyyətsiz olduğunu düşünmək doğru deyil. Region üçün strateji önəm daşıyan bir mövzuya sadəlövh yanaşmaq olmaz. İran gələcək proseslərdə öz payına sahib olmalıdır".

O, İranın proseslərdən kənarda qalacağı təqdirdə alternativ planlar hazırlamalı olduğunu söyləyib:

"Əgər bu razılaşmada İran üçün konkret pay müəyyən edilməsə, ölkə öz təsir imkanlarını qorumaq üçün alternativ yollar nəzərdən keçirməlidir".

Zəngəzur dəhlizinin İranın Avropaya və Ermənistana çıxışına təsir edib-etməyəcəyi barədə suala cavab verən Həqiqətpur bunun mümkün olmadığını deyib:

"Bizim Avropaya çıxış üçün bir neçə yolumuz var. Ermənistanla sərhəd məsələsində də ehtiyac yaranarsa alternativlər mövcuddur".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
12
3
olaylar.az

4Mənbələr