AZ

“Soyuq əllər, isti ürək”də yanğın belə baş verib – Fonddan açıqlama

Xəbər verdiyimiz kimi, bu gün Bakının mərkəzində, Fəvvarələr meydanında "Soyuq əllər, isti ürək" yarmarkasının planlanan açılışından əvvəl yanğın baş verib.

Hadisə ilə bağlı "Nargis" Fondu açıqlama yayıb.

"Qısaqapanma nəticəsində lokal alovlanma müşahidə olunub. Hadisə yerində olan işçi vəziyyəti aradan qaldırmaq məqsədilə həmin sahəyə su tökdükdə suyun isti yağla reaksiyası nəticəsində alovlanma güclənərək açıq yanğına səbəb olmuşdur.

Təhlükəsizlik və texniki nəzarət qruplarının operativ müdaxiləsi nəticəsində yanğın 15 dəqiqə ərzində tam söndürülmüşdür. Yanğın digər pavilyonlara keçməmiş, yarmarkanın digər hissələri üçün təhlükə yaranmamışdır. Xəsarət alan yoxdur.

Hadisə zamanı yarmarkada 24/7 fəaliyyət göstərən təhlükəsizlik heyəti tərəfindən yanğınsöndürmə balonlarından istifadə olunub, paralel șəkildə Dövlət Yanğın Mühafizəsi Xidmətinin əməkdaşları hadisə yerinə cəlb edilib. Ziyarətçilərin ərazidən təxliyəsi 5 dəqiqə ərzində təhlükəsiz və nəzarətli şəkildə həyata keçirilib.

Hazırda hadisənin səbəbləri ilə bağlı araşdırma davam edir. Araşdırma tamamlandıqdan sonra ictimaiyyətə əlavə məlumat, o cümlədən yarmarkanın iç saatları barədə ətraflı açıqlama veriləcəkdir.

Qeyd edirik ki, yarmarka ərazisində bütün obyektlər mövcud texniki normalara uyğun şəkildə quraşdılıb və təhlükəsizlik üzrə texniki komanda fasiləsiz (24/7) rejimdə fəaliyyət göstərir", - məlumatda qeyd olunub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
5
4
olaylar.az

5Mənbələr