AZ

Ardanın yerinə transfer Razılıq əldə edildi

Metbuat portalından alınan məlumata görə, ain.az xəbər verir.

İtaliyanın "Komo" klubunun yarımmüdafiəçisi Niko Pas "Real Madrid"ə qayıda bilər.

Metbuat.az xəbər verir ki, "Real Madrid" və futbolçu arasında razılıq əldə edilib. Məlumata görə, İspaniya nəhəngi transferi mövsümün sonunda yekunlaşdırmaq istəyir. Niko Pas "Real"a transfer olarsa, heyətə düşmək üçün rəqabət aparacağı futbolçulardan biri də Arda Güler ola bilər.

Qeyd edək ki, Niko Pas "Real Madrid"dən 6 milyon avro qarşılığında "Komo"ya transfer olub. Müqavilədə "Real"ın futbolçunu geri qaytarmaq hüququnun olduğu irəli sürülüb. Niko Pas cari mövsümdə 12 matçda 5 qola, 4 məhsuldar ötürməyə imza atıb.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
8
1
metbuat.az

2Mənbələr