AZ

Bakıda"Kibertəhlükəsizlik sahəsində süni intellekt" mövzusunda seminar keçirildi - FOTO

BAKI, 26 noyabr. TELEQRAF

Bakıda "Kibertəhlükəsizlik sahəsində süni intellekt" mövzusunda beynəlxalq seminar keçirilib.

Teleqraf xəbər verir ki, seminar Azərbaycan Xarici İşlər Nazirliyinin təşkilatçılığı ilə baş tutub.

İki gün davam edən tədbirin məqsədi NATO-nun müvafiq strukturları, mükəmməllik mərkəzləri, eləcə də Alyansın üzv və tərəfdaş dövlətlərindən olan mütəxəssislərin iştirakı ilə ölkəmizin aidiyyəti qurumlarının nümayəndələrinin kibertəhlükəsizlik sahəsində süni intellekt və əlaqədar məsələlər barədə məlumatlılığının artırılması olub.

Tədbir çərçivəsində rəqəmsal infrastrukturun təhlükəsizliyinin təmin edilməsində süni intellektin rolu, süni intellektdən müdafiə və hücum məqsədli istifadəyə dair yeni trendlər, habelə süni intellektin zərərli proqramlar və informasiya əməliyyatları da daxil olmaqla geniş spektrli kiber təhdidlərin qarşısının alınmasında əhəmiyyəti kimi mövzular ətrafında müzakirələr aparılıb.

FOTO: Elnur Muxtar

Seçilən
37
8
teleqraf.com

9Mənbələr