AZ

Azərbaycan güc mərkəzlərinin hədəfində: Niyə ancaq qadınlara qarşı zorakılıqlardan danışırıq?

"Bütün ölkələrdə qadınlara qarşı bu və ya digər formada zorakılıq var. Buraya Azərbaycan da daxildir. Bəyəm, kişilərə qarşı qadınlar tərəfindən, yaxud da uşaqlara qarşı valideynlər tərəfindən zorakılıq yoxdur? Niyə biz bunları kənara qoyub ancaq qadınlara qarşı zorakılıqlardan yazırıq? Çünki məqsəd, qadınları kişilərə qarşı qoymaq, qadın-kişi qarşıdurması yaratmaq və beləliklə də Azərbaycanda ailə institutunun əsaslarını sarsıtmaqdır”.

Publika.az xəbər verir ki, bunu Qaynarinfo-ya açıqlamasında sosioloq Üzeyir Şəfiyev Milli Məclisin deputatı Hicran Hüseynovanın qadınlara qarşı zorakılıq hallarının çoxalması ilə bağlı fikirlərinə münasibət bildirərkən deyib. Onun sözlərinə görə, Azərbaycan sanki hansısa güc mərkəzləri tərəfindən hədəflənir:

"Bunu da bəzi layihələr, QHT-lər vasitəsi ilə həyata keçirməyə çalışırlar. Ayıq və diqqətli olmalıyıq. Azərbaycanda kifayət qədər qadın və kişi harmoniyası olan örnək ailələrimiz var. Biz bunu qorumalıyıq. Sosial şəbəkə platformalarda ailələri dağıdan, ailə dəyərlərini ayaqlar altına atan, qadınları kişilərə qarşı körükləyən xüsusi çağırışlar var. Bunun qarşısını almalıyıq. Bəyəm ata tərəfindən uşağa zorakılıq olmur? Niyə bunlar qabardılmır? Statistikada görsənə bilər ki, qadınlara qarşı zorakılıq halları çoxdur. Niyə? Çünki qadınlar müraciət edə bilir, amma Azərbaycan kişiləri bu barədə dinib-danışmır, müraciət edə bilmir”.

Sosioloq hesab edir ki, bizdə ikimərkəzli cəmiyyət olduğundan kişilər utanır:

"Kişilər qürurlarına sığışdırmırlar ki, onlara qarşı zorakılıq hallarını qabartsınlar. Nə qədər ki, məsələyə obyektiv yanaşılmayacaq, bir o qədər də problemin həllinə yaxınlaşmayacağıq. Məsələyə təkcə qadına qarşı zorakılıq kimi yanaşılmamalıdır. Məişət zorakılığıdırsa, bu, qadına, kişiyə, uşağa qarşı zorakılıq kimi bütöv halda təhlil olunub, qiymətləndirilməlidir”.

Seçilən
197
20
publika.az

10Mənbələr