AZ

Üç saniyə vaxt qazanmaq istəyən sürücü ağır qəzaya düşdü VİDEO

Avtosfer saytından verilən məlumata görə, ain.az xəbər verir.

Bakıda baş vermiş yol-nəqliyyat hadisəsi nəzarət kamerası tərəfindən anbaan qeydə alınıb. Avtosfer.az xəbər verir ki, qəza sürücünün səhlənkarlığı nəticəsində baş verib. Belə ki, “Changan” markalı avtomobilin sürücüsü qoşa xəttin tələbini pozaraq geriyə dönməyə cəhd edib. Manevri həyata keçirərkən o, üstünlüyə malik “Mercedes” markalı avtomobilin qarşısına qəfil çıxaraq ağır qəzaya səbəb olub.

Avtosfer.az-ın əldə etdiyi videoda aydın görünür ki, sürücü vaxt qazanmaq üçün qaydanı pozaraq manevri tələsik yerinə yetirmək istəyib. Lakin nəticədə həm ciddi maddi ziyanla üzləşib, həm də vaxt itkisinə səbəb olub. Təəssüf ki, bəzi sürücülər hələ də tələskənliyin və qayda pozuntularının ağır nəticələrə gətirib çıxara biləcəyini nəzərə almırlar.

Unutmayın, tələskənlik heç vaxt vaxt qazandırmır – əksinə, itkilərə səbəb olur.

Fərid

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
33
avtosfer.az

1Mənbələr