AZ

Rusiya Qərbi vurmaq üçün plan hazırlayıb — Konstantin Çuyçenko

Rusiya Qərb ölkələrinin dondurulmuş suveren aktivləri müsadirə etməsi ehtimalına qarşı cavab tədbirlərini artıq hazırlayıb. Vətəninfo.az xəbər verir ki, bu barədə ölkənin ədliyyə naziri Konstantin Çuyçenko TASS-a açıqlamasında bildirib.

Nazirin sözlərinə görə, hazırlanan tədbirlər paketinin detalları açıqlanmır, lakin sənəd artıq ölkə rəhbərliyinə təqdim olunub.

Çuyçenko vurğulayıb ki, “dost olmayan dövlətlərin Rusiya aktivlərini müsadirə etməyə hazırlaşması beynəlxalq hüququn fundamental prinsiplərinin açıq şəkildə pozulmasıdır və bu pozuntu nəticəsində vurulan ziyana görə həmin ölkələr məsuliyyət daşımalı olacaq”.

Məlumata görə, Aİ ölkələri dondurulmuş Rusiya aktivlərindən istifadə üçün hüquqi mexanizmlər üzərində işləyir. Bu aktivlərin böyük hissəsi — 200 milyard avrodan çoxu — Belçikadakı Euroclear depozitarında saxlanılır. Depozitar bir neçə dəfə bu vəsaitlərin müsadirəsinə qarşı çıxıb və bunun nəticəsində Rusiyanın digər ölkələrdə Avropa və ya Belçika aktivlərini məhkəmə yolu ilə ələ keçirməyə cəhd göstərə biləcəyini xəbərdar edib.

Kremlin sözçüsü Dmitri Peskov da Moskvanın Rusiya aktivlərinin müsadirəsinə yönəlmiş istənilən addımı cavabsız qoymayacağını bildirib. Rusiya Xarici İşlər Nazirliyinin rəsmisi Mariya Zaxarova isə Aİ ölkələri dondurulmuş aktivləri Ukraynaya “reparasiya krediti” kimi təqdim edəcəyi təqdirdə Rusiyanın cavabının “çox sərt və ağrılı” olacağını vurğulayıb.

Seçilən
56
33
veteninfo.az

10Mənbələr