ain.az, Unikal.az portalına istinadən məlumat verir.
Ermənistan KTMT-nin noyabrın 27-də keçiriləcək sammitində müzakirə olunacaq və qəbul olunacaq sənədlərlə bağlı razılığını artıq bəyan edib.
"Unikal" xəbər verir ki, bunu Ermənistan xarici işlər nazirinin müavini Mnatsakan Səfəryan parlamentdə Assambleyada jurnalistlərlə keçirdiyi brifinqdə deyib.
Onun sözlərinə görə, KTMT-dən çıxmaq məsələsi Ermənistan Xarici İşlər Nazirliyinin gündəliyində deyil: "Hələ belə bir problemlə üzləşməmişik. Əgər belə bir inkişaf olarsa, sizə məlumat verəcəyik".
Səfəryan həmçinin qeyd edib ki, KTMT ilə bağlı iştirak formatı açıqlanıb: Ermənistan KTMT sammitlərində iştirak etmir, lakin qərar və sənədlərin qəbuluna mane olmur.
Qeyd edək ki, noyabrın 27-də Qırğızıstanda KTMT-nin sammiti planlaşdırılır.
Ağarza Elçinoğlu
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.