AZ

Ukraynaya xaricdən verilən silahların dəyəri açıqlanıb

Bakivaxti portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Ukrayna ilin sonuna qədər "PURL" dəstək proqramı çərçivəsində müttəfiqlərdən 5 milyard dollar məbləğində hərbi yardım ala bilər.

Bakıvaxtı.az xarici KIV-ə istinadən xəbər verir ki, bunu NATO-nun baş katibi Mark Rütte bildirib.

“Ukraynaya son dərəcə vacib avadanlıq çatdırılır. Avropa ölkələri son bir neçə il ərzində əhəmiyyətli töhfə verib, lakin bəzi imkanlar yalnız ABŞ tərəfindən təmin edilə bilər. Prezident Tramp ABŞ silahlarının tədarükünün maliyyələşdirilməsini Kanada və Avropa müttəfiqləri ilə təmin etməyə razılıq verib”, - deyə Rütte bildirib.

Onun sözlərinə görə, Ukrayna hər ay təxminən 1 milyard dollar dəyərində silah alır.

Qeyd edək ki, "PURL" 2025‑ci ilin yayında yaradılmış və məqsədi NATO-ya üzv və tərəfdaş ölkələrin könüllü maliyyə ianələri hesabına ABŞ‑də istehsal olunmuş silah, hərbi texnika, sursat və avadanlıqların Ukraynaya operativ və sistemli çatdırılmasını sürətləndirmək olan mexanizmdir.

Trend 

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
83
1
bakivaxti.az

2Mənbələr