AZ

Deputatın qızı “TikTok”da yayılan video ilə gündəmdə – Qardaşı danışdı

Milli Məclisin deputatı Günay Ağamalının qızı olduğu iddia edilən Nigar Həsənovanın “TikTok”da görüntüləri yayılıb. Videoda boynunda xaç olan gənc xanım rəqs edir. İddialara görə, xanım dini dəyişib.

Məsələ ilə bağlı əməkdaşımız Günay Ağamalı və atası Ana Vətən Partiyasının sədri Fəzail Ağamalı ilə əlaqə saxlamağa çalışsa da zənglərimizə cavab verən olmadı

Deputatın qardaşı Elçin Ağamalı isə “Yeni Sabah”-a açıqlamasında: “Bununla bağlı heç bir şərh verməyəcəyəm” – deyə bildirib

Qeyd edək ki, Günay Ağamalı Milli Məclisin Ailə, qadın və uşaq məsələləri, həmçinin İctimai birliklər və dini qurumlar komitələrinin üzvüdür. Bu səbəbdən yayılan video və iddialar ictimaiyyətin diqqətini çəkib.

Seçilən
17
4
nocomment.az

8Mənbələr