AZ

Sumqayıtda klinikada qadının iynədən sonra ölməsinin səbəbi açıqlanıb

Sumqayıtda qadına həkim təyinatı əsasında "Aktoseril" preparatının inyeksiyası icra edildikdən sonra o ölüb.

Far.Az report-a istinadən xəbər verir ki, bu barədə TƏBİB-dən bildirilib.

Bildirilib ki, 1953-cü il təvəllüdlü qadın yüksək təzyiq şikayəti ilə bağlı Sumqayıt Tibb Mərkəzinin tabeliyində fəaliyyət göstərən 3 nömrəli Ailə Sağlamlıq Mərkəzinə müraciət edib.

Xəstəyə həkim təyinatı əsasında "Aktoseril" preparatının inyeksiyası icra edilib. İnyeksiya zamanı xəstənin halı pisləşib, qəfil və sürətlə inkişaf edən anafilaktik şok reaksiyası baş verib.

Tibb personalı anafilaktik vəziyyətlərlə bağlı mövcud klinik protokollara uyğun olaraq dərhal təcili tibbi yardım tədbirləri görülüb, pasiyentin həyat fəaliyyətinin bərpası üçün bütün zəruri müdaxilələr ardıcıl şəkildə icra edib.

Bütün reanimasiya tədbirlərinə və həkimlərin çoxsaylı səylərinə baxmayaraq şəxsin bioloji ölüm faktı qeydə alınıb. Meyit təşrih olunması üçün Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Sumqayıt şəhər şöbəsinə təhvil verilib.

"Qeyd edək ki, prosedur tibbi təyinat və elektron qeydiyyat əsasında, preparatın seriya nömrəsi və yararlılıq müddəti yoxlanıldıqdan sonra sanitariya-gigiyena tələblərinə tam riayət edilməklə sertifikatlı tibb bacısı tərəfindən icra olunub. İnyeksiya otağı normativlərə uyğun şəkildə təchiz edilib, o cümlədən anafilaktik şok zamanı tələb olunan adrenalin, antihistamin preparatlar, tibbi avadanlıq və reanimasion vasitələr tam hazır vəziyyətdə olub. Hadisə baş verən anda tibbi heyət tərəfindən Təcili Yardım Protokolları üzrə bütün müvafiq müdaxilələr vaxtında və düzgün şəkildə həyata keçirilib", - TƏBİB-in məlumatında qeyd edilib.

*** 11:54

Sumqayıtda klinikada qadın ona vurulan iynənin təsirindən ölüb.

Far.Az report-a istinadən xəbər verir ki, noyabrın 25-i saat 11 radələrində 45-ci məhəllənin ərazisində yerləşən 3 saylı ailə sağlamlıq klinikasında Sumqayıt şəhər sakini 1953-cü il təvəllüdlü Nigar Ağabəy qızı Babaxanova ona vurulan iynənin təsirindən vəfat edib.

Araşdırma aparılır.

Seçilən
24
17
far.az

10Mənbələr