AZ

40 yaşdan sonra sürətli kökəlmənin səbəbi nədir?

Tiroid xəstəlikləri, xüsusilə də hormon səviyyələrinin aşağı düşməsi 40 yaşdan yuxarı qadınlarda sürətli çəki artımına gətirib çıxara bilər.

Publika.az xəbər verir ki, bu barədə diyetoloq Lyudmila Denisenko məlumat verib.

Onun sözlərinə görə, qalxanabənzər vəzi hormonları enerji mübadiləsini tənzimləyir və bu hormonların azalması metabolizmin ləngiməsinə səbəb olur: “Qırx yaşına yaxın qadınlarda tiroid pozuntuları artıq çəkiyə təsir edən əsas amillərdən biridir. Hipotireoz böyüklərin təxminən 10%-də rast gəlinir və müxtəlif səbəblərlə bağlı ola bilər”.

Diyetoloq qeyd edib ki, insan normal qidalanmasına və aktivliyinə baxmayaraq sürətlə çəki alırsa, mütləq tibbi müayinədən keçməlidir.

O, həmçinin qarın nahiyəsində qəfil böyümənin də müxtəlif səbəbləri ola biləcəyini bildirib: "Uşaqlıq və yumurtalıq şişləri (xoşxassəli və bədxassəli), qarın boşluğunda maye yığılması (astsit) və genişlənmiş sigmoid bağırsaq".

Seçilən
37
1
publika.az

2Mənbələr