Honq Konqda baş verən yanğın nəticəsində ölənlərin sayı 36-ya çatıb.
APA xəbər verir ki, yerli mətbuatın məlumatına görə, daha 279 nəfər itkin düşüb.
Onlarla insan xəsarət alaraq xəstəxanaya yerləşdirilib.
***
16:56
Honq Konqda yaşayış kompleksində yanğında ölənlərin sayı 13 nəfərə çatıb.
APA xəbər verir ki, bu barədə Çin mətbuatı məlumat yayıb.
Ölənlərdən biri yanğınsödürəndir.
Xəsarət alanların sayı isə 16 nəfərdir.
***
14:59
Honq Konqda yaşayış kompleksində baş verən yanğın 4 nəfərin həyatına son qoyub.
APA “Reuters”ə istinadən xəbər verir ki, xilasetmə tədbirləri davam etdirilir, lakin binaların içərisində qalan sakinlər var.
2 nəfərin vəziyyəti ağır qiymətləndirilir.
Yanğınsöndürənlərin içərisində də xəsarət alanların olduğu bildirilir.
Ölü və yaralı sayının artacağı gözlənilir.