AZ

Məktəbdə ŞOK HADİSƏ: Uşaqlara paylanan “Mars” şokoladından İYNƏ ÇIXDI – FOTOLAR

Kaluqada məktəbli qız “Mars” şokoladının içində böyük tikiş iynəsi aşkar edib.

İnterpress.az xəbər verir ki, bu barədə Rusiya KİV məlumat yayıb.

Məlumata görə, 10 yaşlı Sofiya adlı qıza şirniyyat sinif yoldaşının ad günündə paylanıb.

Ad günü olan uşağın anası şokolad qutusunu yerli supermarketdən alıb və məktəbdə uşaqlara paylayıb.

Sofiya şokoladı dərhal yeməyib, onu iki hissəyə bölmək qərarına gəlib. Bu ehtiyatlı davranış onu xilas edib. O, şokoladın içində şirniyyat boyda olan böyük tikiş iynəsi görüb.

Hazırda hadisə ilə bağlı “Rospotrebnadzor” və polis araşdırma aparır.

“Mars” şirkəti isə məsələyə münasibət bildirərək, istehsal zamanı məhsula yad cisimlərin düşməsinin istisna edildiyini, lakin buna baxmayaraq daxili araşdırma aparacaqlarını bəyan edib.

Xuraman Etibarlı

İnterpress.az

Seçilən
23
interpress.az

1Mənbələr