AZ

Dünyanın ən kiçik atı “Ginnesin Rekordlar Kitabı”na DÜŞDÜ – FOTOLAR

 Dünyanın ən kiçik atı “Ginnesin Rekordlar Kitabı”na düşüb.

İnterpress.az xəbər verir ki, bu barədə xarici mətbuat məlumat yayıb. Boyu cəmi 52,6 sm olan bu at xəstəxanalara və qocalar evinə gedərək insanlara mənəvi dəstək olur.

Məlumata görə, Pumukel adlı at dünyanın ən kiçik atı kimi “Ginnesin Rekordlar Kitabı”na daxil edilib.

Pumukel əslində yetkin bir atdır, lakin genetik xəta səbəbindən o, belə kiçik qalıb – onun boyu cəmi 52,6 santimetrdir.

Sahibinin sözlərinə görə, balaca Pumukelin heç bir kompleksi yoxdur. O, öz həmcinsləri ilə bərabər səviyyədə oynayır, gəzir və “ünsiyyət qurur”.

Bu balaca at həm də terapevtik fəaliyyətlə məşğuldur. O, tez-tez hospislərə, qocalar evlərinə, məktəblərə və əlilliyi olan şəxslər üçün mərkəzlərə baş çəkərək insanlara sevinc bəxş edir.

Xuraman Etibarlı

İnterpress.az

Seçilən
22
interpress.az

1Mənbələr