AZ

Aİ Komissiyasının rəhbəri: “Ukraynanın parçalanması yolverilməzdir”

Avropa Komissiyasının Prezidenti Ursula fon der Lyayen bildirib ki, Ukraynanın bölünməsi və sərhədlərinin dəyişdirilməsi heç bir halda qəbul edilə bilməz.

NOCOMMENT.az xəbər verir ki, onun sözlərinə görə, Avropa hazırda ABŞ-ın Rusiya–Ukrayna müharibəsini bitirməyə yönəlmiş təşəbbüslərinə təsir göstərmək üçün bütün səylərini ortaya qoyur.

“Əgər bu gün sərhədlərin pozulmasını legitimləşdirib rəsmiləşdirsək, sabah yeni müharibələrin qapısını açmış olarıq. Biz buna imkan verə bilmərik”, – Aİ Komissiyasının rəhbəri vurğulayıb.

Fon der Lyayen qeyd edib ki, Avropa İttifaqı Ukraynanın suverenliyini və ərazi bütövlüyünü dəstəkləməkdə davam edəcək və hər hansı zorla dəyişdirilmiş sərhədin qəbul edilməsinin bütün qitə üçün təhlükəli presedent yaradacağını bildirib.

Seçilən
77
nocomment.az

1Mənbələr