AZ

Dəniz məhsulları sevməyənlər oxusun

Dəniz məhsullarını sevməyənlər üçün şampinyonlar ideal alternativ ola bilər.

"Unikal" xarici mətbuata istinadən xəbər verir ki, bu göbələklərdə beyin fəaliyyətini dəstəkləyən fosfor miqdarı krevet və midyələrdəki ilə eynidir.

Şampinyonların tərkibində dəmir, kalium, sink və fosfor kimi minerallar, həmçinin E, D və B qrup vitaminləri mövcuddur.

Həkimlər bildirirlər ki, bu göbələklər sinir sisteminin möhkəmlənməsinə kömək edir, həmçinin antibakterial və şişə qarşı təsirləri ilə seçilir.

Seçilən
23
unikal.az

1Mənbələr