AZ

120 şagird zəhərləndi Türkiyədə

Olke.az saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

Türkiyədə 120 şagirdin qida zəhərlənməsi ehtimalı ilə xəstəxanaya aparıldığı bildirilib.

Ölkə.az xəbər verir ki, hadisə Bingöl vilayətinin Adaklı rayonunda qeydə alınıb. Rayonun regional internat orta məktəbində və şəhid Hikmət Saydan adına ibtidai məktəbdə nahar zamanı təqdim olunan ayran, toyuq və plovdan sonra bir çox şagird özlərini pis hiss etməyə başlayıb, onlarda ürəkbulanma və halsızlıq müşahidə olunub.

Hadisədən sonra təcili tibbi yardım qrupları dərhal məktəblərə göndərilib. İlkin məlumatlara əsasən, vəziyyəti pisləşən 120 şagird mərhələli şəkildə Adaklı və Kiğı Dövlət Xəstəxanalarına çatdırılıb. Daha ciddi müşahidəyə ehtiyacı olan 13 şagird isə Bingöl Dövlət Xəstəxanasına yönləndirilib.

Bingöl Valiliyi açıqlamasında, hadisə ilə bağlı hüquqi və inzibati araşdırmalara start verildiyini, məktəblərdə paylanan qidalardan nümunələrin götürülərək laboratoriya analizinə göndərildiyini bildirib.

Leyla

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
29
1
olke.az

2Mənbələr