AZ

Ukrayna ordusu həyəcan təbili çalır: “Döyüşəcək əsgər tapılmayacaq”

Ukrayna Silahlı Qüvvələri çağırış yaşında olan gənclərin ölkəni tərk etməsinə icazə verilməsindən narahatdır.

KONKRET.az globalinfo.az-a istinadən xəbər verir ki,  xəbər verir ki, bu barədə Almaniyanın “Der Tagesspiegel” qəzeti məlumat yayıb. Qeyd olunub ki, bu addım orduda demoqrafik çatışmazlığı daha da dərinləşdirə bilər.

Ordu nümayəndələri bildirirlər ki, üç ildən çoxdur cəbhə xəttində döyüşən hərbçilər resurslarını tükədir və rotasiya imkanları məhduddur.

Sitat gətirilən rəsmi qeyd edib ki, gənclərin ölkədən çıxışına icazə verilməsinin məntiqi izahı tapılmır və bu vəziyyət həm şəxsi heyət çatışmazlığını, həm də cəbhə ilə arxa cəbhə arasındakı uçurumu böyüdür.

Qəzet yazır ki, avqustda qəbul edilən qərardan sonra Ukraynadan gənc kişilərin kütləvi şəkildə xaricə getməsi müşahidə olunur. Statistikaya əsasən, xüsusi əməliyyat başlayandan bəri təxminən 6,7 milyon insan ölkəni tərk edib və bəzi regionlarda əsasən yaşlı əhali qalıb.

Seçilən
28
1
konkret.az

2Mənbələr