AZ

Qadına heç vaxt sahib olmadığı BMW avtomobili üçün VERGİ GƏLDİ: Polisdən ŞOK CAVAB

Sürücülük vəsiqəsi olmayan qadına BMW üçün vergi gəlib. Yol polisi şikayət edən qadına “Sən sadəcə maşının olduğunu unutmusan” deyib.

İnterpress.az xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb.

Hadisə Saratov şəhərində baş verib. 65 yaşlı Marinanın heç vaxt avtomobili, hətta sürücülük vəsiqəsi olmayıb. Lakin o, dövlət xidmətləri portalındakı (“Qosusluqi”) şəxsi kabinetini yoxlayarkən şoka düşüb.

Məlum olub ki, o, artıq 30 ildir “BMW E34” markalı avtomobilin sahibidir.

Məsələni aydınlaşdırmaq üçün Dövlət Yol Müfəttişliyinə (QAİ) zəng edən qadına oradan qəribə cavab verilib: “Siz sadəcə maşınınız olduğunu unutmusuz”.

Yol polisinin müqavimətinə baxmayaraq, qadın avtomobili qeydiyyatdan çıxarmağa nail olub. Bu zaman məlum olub ki, indiyə qədər onun adına daha dörd avtomobil rəsmiləşdirilibmiş.

Bu yaxınlarda isə qadına son 3 il ərzində xarici markalı avtomobilə sahib olduğu üçün 29 min rubl məbləğində vergi borcu gəlib.

O, dələduzluq faktı ilə bağlı polisə müraciət etsə də, oradan cinayət işi açmaqdan imtina ediblər.

Xuraman Etibarlı

İnterpress.az

Seçilən
19
interpress.az

1Mənbələr