AZ

Goranboyda beşmərtəbəli yaşayış binasının bir bloku tamamilə çökdü

Goranboy şəhərinin Cəfər Cabbarlı küçəsində yerləşən beşmərtəbəli qəzalı yaşayış binasının 5-ci bloku tamamilə çöküb.

Editor.az  “Report”a istinadla xəbər verir ki, bəzi mənzillərdən sakinlərin iştirakı ilə əşyalar çıxarılsa da, bir neçə mənzilin sakinləri çox şey götürə bilməyiblər.

Axşam saatlarında blokun çökməsi nəticəsində həmin sakinlərin yaşadıqları mənzillər dağılıb və onların əşyaları da yararsız hala düşüb.

Qeyd edək ki, 60 mənzildən ibarət olan yaşayış binasının 5-ci bloku tamamilə uçub.

Hazırda ərazidə aidiyyəti qurumların əməkdaşları tərəfindən müvafiq tədbirlər görülür.

Goranboyda yararsız hala düşən 5 mərtəbəli yaşayış binasının 5-ci bloku tamamilə çöküb.

Oxu.Az xəbər verir ki, hadisə bu gün axşam saat 21 radələrində qeydə alınıb.

Belə ki, sözügedən binanın həmin bloku anidən uçub. Hadisə nəticəsində xəsarət alan olmayıb.

Əraziyə Goranboy Rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyev, FHN aran regional mərkəzinin rəisi polkovnik-leytenant Ramin Orucov, rayon polis şöbəsinin əməkdaşları və digər aidiyyəti qurumların nümayəndələri cəlb ediliblər.

Ərazidə hazırda tədbirlər görülür.

Seçilən
29
editor.az

1Mənbələr