AZ

“Qarabağ” Çempionlar Liqasında neçəncidir? Fotolar

ain.az bildirir, Qafqazinfo saytına əsaslanaraq.

Bu gecə UEFA Çempionlar Liqasında Liqa mərhələsinin 5-ci turuna yekun vurulub.

“Qafqazinfo” xəbər verir ki, Azərbaycan çempionu “Qarabağ” ötən gecə səfərdə “Napoli” ilə qarşılaşıb. Ağdam təmsilçisi İtaliya  klubuna 0:2 hesabı ilə uduzub.

1-ci turda “Benfika”ya (3:2), 2-ci turda “Kopenhagen”ə (2:0) qalib gələn, 3-cü turda “Atletik”ə məğlub olan (1:3), 4-cü turda isə “Çelsi” ilə heç-heçə (2:2) edən Qurban Qurbanovun komandası hazırda sıralamada 7 xalla 19-cudur. 

Xatırladaq ki, ÇL-nin Liqa mərhələsində ilk 8 yeri tutan komandalar birbaşa 1/8 finala, 9-24-cü yeri tutanlar isə pley-off mərhələsinə vəsiqə qazanacaqlar. 25-36-cı yeri tutanlar avrokuboklarda çıxışlarını başa vuracaqlar.

“Qarabağ” yarışda növbəti matçını “Ayaks”a qarşı keçirəcək. Dekabrın 10-da, Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək oyun saat 21:45-də başlayacaq.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
12
6
qafqazinfo.az

10Mənbələr