AZ

Ukrayna hava hücumundan müdafiə sistemi istehsal edəcək

Ukrayna dron tutan aparatların istehsalını genişləndirəcək, müstəqil olaraq qısa və ortamənzilli hava hücumundan müdafiə sistemləri istehsal edəcək. Ukrayna bu məsələdə tərəfdaşlarından asılı olmamalıdır.

Publika.az xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenskinin xalqa müraciətində bildirib.

Zelenski qeyd edib ki, hava hücumundan müdafiə sistemi gündəlik olaraq Rusiyanın raket və dronlarının məhv edilməsi üçün vacibdir. Müdafiə Nazirliyi və komandanlıq dron tutan aparatların istehsalını maksimum genişləndirəcək.

Seçilən
27
2
publika.az

5Mənbələr