AZ

Vaşinqtondakı atışma beynəlxalq terror aktı kimi araşdırılır

BAKI, 27 noyabr. TELEQRAF

ABŞ Federal Təhqiqatlar Bürosu (FBI) paytaxt Vaşinqtonun mərkəzində baş verən silahlı insidenti mümkün beynəlxalq terror aktı kimi araşdırır.

Teleqraf xəbər verir ki, bu barədə ABC News öz mənbələrinə istinadla məlumat yayıb.

Mənbələrin bildirdiyinə görə, hüquq-mühafizə orqanları Ağ Ev yaxınlığında baş verən atışma ilə hər hansı beynəlxalq terror təşkilatı arasında əlaqənin olub-olmadığını araşdırır.

Hazırda istintaqın təfərrüatları açıqlanmır, əlavə məlumatın yaxın günlərdə verilməsi gözlənilir.

Seçilən
45
teleqraf.com

1Mənbələr