Bakı. Trend:
İraqın şimalındakı Xor -Mor bölgəsindəki ən böyük qaz yatağınanaməlum pilotsuz uçuş aparatı hücum edib.
Trend-in məlumatına görə, bu barədə "Shafaq News" agentliyixəbər verib.
Məlumata əsasən, obyektdə baş verən yanğın İraqın Kürdüstanbölgəsində elektrik enerjisinin kəsilməsinə səbəb olub.
Birləşmiş Ərəb Əmirliklərindəki yatağın "Dana Gas" operatorşirkəti dronun mayeləşdirilmiş qaz saxlama çəninə zərər verdiyini,lakin işçilərdən heç birinin xəsarət almadığını açıqlayıb.
İraq Energetika və Təbii Sərvətlər Nazirliyi yerli elektrikstansiyalarına qaz təchizatının dayandırıldığını açıqlayıb.
"Vətəndaşların nəzərinə çatdırırıq ki, saat 23:30-dan etibarənXor-Mor qaz yatağına dron hücumu səbəbindən elektrik stansiyalarınaqaz təchizatı müvəqqəti olaraq dayandırılıb", - deyə qeydolunub.