Yazını böyüt
Yazını kiçilt
Pyer-Oqyust Renuarın daha əvvəl məlum olmayan rəsm əsəri Parisdə keçirilən hərracda 1.8 milyon avroya satılıb.
Hafta.az xəbər verir ki, "The Guardian" bu barədə hərrac evinə istinadən məlumat yayıb. Məlumata görə, yağlı boya ilə çəkilmiş əsərdə rəssamın oğlu Jan təsvir olunub. Kətan daha əvvəl heç vaxt sərgilənməyib və satışa çıxarılmayıb.
Əsərin 1890-1895-ci illər arasında çəkildiyi ehtimal edilir. Rəsm əvvəlcə Janın xaç anasına məxsus olub, o isə daha sonra əsəri varislərinə ötürüb.
Sənətşünas və Renuarın yaradıcılığı üzrə mütəxəssis Paskal Perren hərrac zamanı rəsmin "müstəsna vəziyyətdə" olduğunu və heç vaxt restavrasiya olunmadığını bildirib.