AZ

Cənubi Koreya da kosmik dövlət olacaq

Koreya Respublikasının Prezidenti Li Ce Menq ölkəni dünyanın beşinci kosmos dövləti edəcəyini açıqlayıb.

Musavat.com xəbər verir ki, o, bu barədə “Nuri” raketinin dördüncü uğurlu buraxılışı münasibətilə xalqa təbrikində danışıb. Onun sözlərinə görə, kosmosa buraxılan Cənubi Koreyanın “Nuri” raketi praktik əhəmiyyətə malik peykləri uğurla orbitə çıxarıb: “Bu, ölkəmizin kosmik tədqiqat tarixində yeni bir fəsil açır. Bu, yalnız başlanğıcdır. Biz elm və texnologiya vasitəsilə həmvətənlərimizin həyatını yaxşılaşdırmağa davam edəcəyik və dünyanın ən yaxşı beş kosmik gücündən biri olmağa çalışacağıq. Sizin (alimlər və mühəndislərin) açdığınız sonsuz imkanlara və parlaq gələcəyə səxavətlə investisiya qoyacağımıza söz veririk".

O, həmçinin qeyd edib ki, Cənubi Koreyanın kosmik tədqiqat tarixində ilk dəfə olaraq özəl şirkət "istehsal mərhələsindən raket idarəetməsinə" qədər buraxılışda iştirak edib.

Musavat.com

Seçilən
40
musavat.com

1Mənbələr