İranın keçmiş prezidenti Həsən Ruhani barədə şok iddia yayılıb. "İran" nəşrin yazdığına görə, İran parlamentinin radikal mühafizəkar üzvü Həmid Rəsayi Həsən Ruhaninin öz oğlunun ölümündə şübhəli şəxs olduğunu iddia edib. İranlı deputat sabiq dövlət başçısının oğlunun ölümü ilə bağlı detalların aydın olmadığını deyib. Sitat: "Oğlunu öldürməkdə şübhəli bilinən şəxs 17 ildir Britaniyaya gizli səfərlər edir. Onun elmi işi də plagiatdır. Habelə, onun ikili vətəndaşlığa sahib olmasından şübhələnirlər", - deyə Rəsayi açıqlayıb.
Mətləb