AZ

Avropa şəhərində krossoverlərin parklanmasını qadağan etmək təklif olunur

Bakıda parklama yerinin ciddi problem olması hər kəsə məlumdur. Lakin Avropa şəhərlərində vəziyyət bir qədər fərqlidir. 

Avtosfer.az xəbər verir ki, Parisin ən böyük parkinqində yerlər azaldılır. Səbəb tələbatın aşağı düşməsidir. 2 min yerlik parkinqdə ilin sonunadək min yer ixtisar ediləcək. 
Parkinq uzun müddətdir dolmur. Buna görə də rəhbvərlik ərazini başqa məqsədlə istifadə etməyi düşünür. 

Bəs parkinqin bu vəziyyətə düşməsinə səbəb nədir? 

Səbəb çox olsa da, başlıca amil əhalinin avtomobilə marağının azlmasıdır. Azalmaya başlıca səbəb ictimai nəqliyyatın yaxşı təşkil olunmasıdır. Parisdə hazırda 330 minə yaxın şəxsi avtomobil var. Onların təxminən 250 mini hər gün küçəyə çıxır. Nəqliyyat azaldığı üçün hər ay çox sayda küçəni piyadaların ixtiyarına vermək mümkün olur.
2026-cı ildə keçiriləcək bələdiyyə seçkilərinə namizədlərdən biri isə hətta daha da irəli gedərək, şəhərdə krossoverlərin parklanmasını qadağan edəcəyini bildirib. Sizcə, Azərbaycanda belə bir platforma ilə çıxış edən şəxsə səs verərlərmi?
Həm avtomobillərin ümumi sayına, həm də gündəlik yola çıxan maşın sayına görə Bakı Parisi qabaqlayıb. Bizcə, səbəbi izah etməyə gərək yoxdur.
Vüqar Yaşaroğlu

Seçilən
16
1
avtosfer.az

2Mənbələr