AZ

Bakı metrosunda məsafəyə görə ödəniş gəlir? - Rəsmi qurumdan açıqlama

Bakı metropolitenində gedişhaqqının hesablanması qaydasında yeniliklər tətbiq oluna bilər.

News365.az-ın yaydığı məlumata görə, "Bakı Metropoliteni" QSC gələcəkdə differensial ödəniş modelinin tətbiqinin mümkünlüyünü istisna etmir.

Qurum bildirir ki, belə sistemin işə salınması üçün ilkin olaraq mövcud infrastrukturun, texniki imkanların və məsafəyə əsaslanan ödəniş mexanizmlərinin hansı formada metro şəbəkəsinə uyğunlaşdırıla biləcəyinin ətraflı təhlili aparılmalıdır.

Metropoliten rəhbərliyi əlavə edib ki, differensial ödənişin tətbiqi daha çox yeni xətlərin və stansiyaların istifadəyə verilməsi ilə aktual ola bilər. Tarif siyasəti isə yalnız ödəniş mexanizminin tam aydınlaşmasından sonra müzakirəyə çıxarılacaq. Bu zaman sərnişinlərin rahatlığı, sosial həssas qruplar üçün güzəştlər, məsafəyə uyğun tariflər və digər mühüm amillər nəzərə alınacaq.

Hazırda isə metroda məsafəyə görə ödəniş və müxtəlif sosial kateqoriyalar üçün əlavə güzəştlər kimi elementləri özündə birləşdirən differensial sistemlə bağlı ancaq ilkin müzakirələr aparılır.

Seçilən
6
news365.az

1Mənbələr