AZ

İndoneziyada 6,6 bal gücündə ZƏLZƏLƏ

ain.az xəbər verir, Cebheinfo saytına əsaslanaraq.

İndoneziyanın Açe bölgəsinin cənub-qərbində yerləşən Simeulue adasında 6,6 bal gücündə zəlzələ qeydə alınıb. 

"Cebheinfo.az" xəbər verir ki, ABŞ Geoloji Araşdırmalar Mərkəzinin (USGS) verdiyi məlumata görə, zəlzələnin episentri Simeulue adasındakı Sinabang qəsəbəsinin təxminən 45 kilometr şimal-qərbində yerləşib. 

Təxminən 26 kilometr dərinlikdə baş verən bu zəlzələ nəticəsində hər hansı insan tələfatı və ya maddi ziyan barədə məlumat verilməyib. Digər tərəfdən, İndoneziya Meteorologiya, İqlim və Geofizika Agentliyinin (BMKG) açıqlamasında zəlzələnin 10 kilometr dərinlikdə və 6,3 bal gücündə olduğu bildirilib. Zəlzələdən sonra sunami xəbərdarlığı edilməyib.

Nigar Hacılı 

"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
61
1
cebheinfo.az

1Mənbələr