AZ

İmran Xansağdır

Pakistanın həbsdə olan sabiq baş naziri İmran Xanın ölməsi barədə şayiələr təkzib edilib.

Redaktor.az xəbər verir ki, bu barədə Pakistanın Adiala həbsxanasının rəhbərliyi məlumat yayıb.

Məlumata görə, İmran Xanın səhhəti ilə bağlı yayılan şayiələr əsassızdır və ona hərtərəfli tibbi yardım göstərilir.

Bundan başqa, həbsxana rəhbərliyi onun başqa yerə köçürülməsi mümkünlüyü barədə məlumatları da təkzib edib.

Qeyd edək ki, daha əvvəl Əfqanıstanın "Afghanistan Times" media portalı İmran Xanın guya həbsxanada ölməsi barədə məlumat dərc etmişdi.

İmran Xan və onun həyat yoldaşı 2024-cü ilin yanvarında korrupsiya ittihamı ilə 14 il azadlıqdan məhrum edilib. Bununla yanaşı, o, dövlət sirrini yaydığına görə daha 10 il həbs cəzası alıb.

 

Report

Seçilən
26
9
redaktor.az

10Mənbələr