AZ

"Futbolçularda "necə də olsa, qələbə qazanarıq" alışqanlığı yaranır" - 6-cı darmadağının müəllifi narazıdır

2-ci Liqanın 10-cu turunda "Kür-Araz"ın qonağı olan "Xankəndi" rəqibinə böyük hesabla qalib gəldi. Qarabağ təmsilçisi rəqibini Saatlıda 7:2 hesabı ilə yenərək liderliyini qorudu. 

"Xankəndi"nin türkiyəli baş məşqçisi İbrahim Uzunca ilə əlaqə saxlayıb matç barədə fikirlərini soruşduq.

Onun Fanat.Az-a açıqlaması belə oldu:

"Oyunçularımı təbrik edirəm. Fərqli qələbə qazandıq. Hesab daha böyük ola bilərdi. Oyunçularımdan narazı deyiləm, belə qazonda əllərindən gələni etdilər. Amma bilirsiz, rəqib səndən zəif olanda, futbolçularda arxayınlıq yaranır. "Necə olsa, qol vurarıq", "Necə olsa, qələbə qazanarıq" fikri ilə alışqanlıq yaranır. O zaman geriyə qayıtmaq, daha çox güc sərf etməklə bağlı sıxıntılar olur. Bu, yaxşı hal deyil. Amma rəqib uyğun olanda, güclü, səviyyəli komandalarla qarşılaşanda, motivasiya fərqli olur. Bu gün 7 qol vurduq, amma həm də 2 top buraxdıq. Rəqibi təbrik etmək lazımdır, sona qədər döyüşdülər, asan təslim olmadılar.
İrəli baxırıq. Sabahdan növbəti oyunumuzu düşünəcəyik. "Şirvan"la qarşılaşmadan da maksimum nəticə ilə ayrılıb çempionluq yolunda daha bir maneəni arxada qoyacağımıza inanıram".

Qeyd edək ki, "Xankəndi" keçirdiyi 10 oyundan 6-da rəqiblərinə böyük hesabla qalib gəlib.

Mirağa

Seçilən
56
fanat.az

1Mənbələr