AZ

Naxçıvanda 1600-ə yaxın abonentin qaz təchizatı dayandırılıb

Naxçıvan, 27 noyabr, AZƏRTAC

Şərur rayon Düdəngə, Zeyvə, Cəlilkənd kəndlərində korroziyaya uğramış boruların təmiri ilə əlaqədar olaraq 1598 abonentin təbii qaz təchizatı dayandırılıb

Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə SOCAR-ın “Azəriqaz” İstehsalat Birliyinin Naxçıvan Regional Qaz İstismarı İdarəsindən məlumat verilib.

Bu gün saat 12:30-dan etibarən qazın verilişi fasilələrlə bərpa olunacaq.

Seçilən
38
5
azertag.az

6Mənbələr