AZ

Quru sərhədldən yeni ildən açılır - AÇIQLAMA

Son günlər quru sərhədlərinin yeni ildən etibarən açılıb-açılmayacağına dair müzakirələr yenidən aktuallaşıb. Pandemiya dövründən sərhədlərin bağlı qalması həm ictimaiyyət, həm də ekspertlər tərəfindən tez-tez gündəmə gətirilir. Məsələnin iqtisadi, sosial və psixoloji təsirləri barədə müxtəlif fikirlər səsləndirilir.

EKOLOGİYA.AZ xəbər verir  ki, mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən iqtisadçı ekspert Natiq Cəfərli bildirib ki, sərhədlərin açılacağı tarixlə bağlı dəqiq məlumat yoxdur.

Ekspertin sözlərinə görə, bu məsələnin nə vaxt həllini tapacağını heç kim dəqiq bilmir: “Amma açılmalıdırmı? Bəli. Azərbaycan artıq dünyada bu mövzu ilə bağlı müzakirə obyektinə çevrilib. Dünyada quru sərhədləri bağlı olan ölkə qalmayıb. Azərbaycanda da bu məsələ birdəfəlik həll olunmalıdır.”

Seçilən
10
15
ekologiya.az

10Mənbələr