İmişlidə zəncirvari qəza olub.
Milli.Az qafqazinfo.az-a istinadən xəbər verir ki, hadisə Hacıqabul-Bəhrəmtəpə-Mincivan avtomobil yolunun İmişli rayonu Qulubəyli kəndindən keçən hissəsində baş verib.
Qəza zamanı "Toyota", "Mercedes" və "Hyundai" markalı 3 avtomobil toqquşub.
Hadisə nəticəsində xəsarət alan 3 nəfər İmişli Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.
Milli.Az
Məqaləyə dair fotomateriallar:
.jpg)
.jpg)
.jpg)