Bakı. Trend:
Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev Özbəkistanınpaytaxtı Daşkənd şəhərində keçirilən Transxəzər BeynəlxalqNəqliyyat Dəhlizi Forumunda Mərkəzi Asiya, Cənubi Qafqaz və Qaradəniz regionu üzrə Əhatəli Əlaqələndirmə Gündəliyi panelindəiştirak edib.
Bu barədə Trend-ə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindənməlumat verilib.
Nazir çıxışı zamanı qeyd edib ki, iri dəhliz layihələrində əsasmaneələr sərhəd standartlarının fərqli olması, rəqəmsallaşmanınyetərsizliyi və infrastruktur çatışmazlıqlarıdır.
Rəşad Nəbiyev Azərbaycanın strateji mövqeyi, sabitliyi vəiqtisadi diversifikasiyası sayəsində etibarlı və cəlbediciinvestisiya məkanı olduğunu vurğulayıb.
O, həmçinin Zəngəzur dəhlizinin Avropa ilə Mərkəzi Asiyaarasında dayanıqlı, sürətli və sərfəli əlaqə yaradacağını, OrtaDəhlizin isə region üçün davamlı və effektiv model kimi inkişafetdirildiyini bildirib.