
"Xəzər" TV-də efirə gedən "İncə səhər" verilişinin bugünkü buraxılışı yarımçıq dayandırılıb.
Həftəiçi hər gün saat 10:00-dan 12:30-dək davam edən "İncə səhər" bu gün saat 11:40-da reklama ayrılsa da, sonradan davam etməyib. Proqramın vaxtından tez yekunlaşması ilə bağlı aparıcı Vüsalə Əlizadə heç bir məlumat verməyib.
Qeyd edək ki, verilişin qonaqları tanınmış müğənnilər - Almaxanım Əhmədli, Pərviz Abdullayev və Namiq Qasımov olublar.
Verilişin dayandırılması barədə kanal tərəfindən də hələlik hər hansı rəsmi açıqlama verilməyib.