"Öz aramızda" verilişində qonaq olan şairə Nazilə Səfərli açıqlaması ilə diqqət çəkib. N.Səfərli Azərbaycanda keçirilən xına məclislərinə çəkilən xərcləri açıqlayıb. O qeyd edib ki, Bakıda 200 minlik xına və yarım milyonluq toy məclisləri keçirilir.
"200 minə xına məclisi olur. 5 ulduz oteldə stol menyusu 500 manatdırsa, dekor da baha olur. Beşulduzlu hoteldə Şəki Xan Sarayı dekoru qurulmuşdu. Təkcə dekor 52-53 min idi. Tanınmış müğənniləri çağırırlar. Xonçaya elə yarım milyon ödəyən var. Mən hərdən çəkib paylaşıram, dörd-beş brilliant dəst olur".
Mətləb