Yuri Vernidubun karyerasını Azərbaycanda davam etdirmək variantı haqda Ukrayna mətbuatında da məlumatlar peyda olmağa başlayıb.
“Neftçi”nin baş məşqçi postuna gətirməyə çalışdığı mütəxəssislə bağlı başqa variantlar da var.
Sportinfo.az xəbər verir ki, əvvəllər də bir neçə dəfə ölkəmizdə çalışmaq şansı yaranan 59 yaşlı mütəxəssis Premyer Liqa klublarının birindən (“Neftçi”dən – red.) təklif alıb.
Onun həmçinin Macarıstandan da təklifi olub. Lakin Vernidub macarlara artıq “yox” cavabını verib. Hazırda işsiz olan Vernidub qərar verməyə tələsmir.
Yuri Vernidub son olaraq 2022-ci ildən bu ilin yayına qədər ölkəsində “Krivbass”ı çalışdırıb. Onun Bakıya gətirilməsi üçün danışıqlar davam edir.