AZ

DİN BNMİ-nin növbəti əməliyyatı: 62 kiloqram narkotik dövriyyədən çıxarıldı

DİN

Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirlərini davam etdirir. Astara rayonunda keçirilən əməliyyat zamanı əvvəllər narkotik cinayətinə görə məhkum olunmuş 43 yaşlı Anar Novruzov və onunla əlbir olan 39 yaşlı Taleh Məmmədov saxlanılıb. Onlardan ümumilikdə 62 kiloqram psixotrop maddə tərkibli marixuana aşkarlanaraq dövriyyədən çıxarılıb.Saxlanılan şəxslər ifadələrində narkotik vasitələri şəxsiyyəti istintaqla müəyyənləşdirilən İran vətəndaşı vasitəsilə Astara rayonu ərazisində gizlədilən yerdən götürdüklərini və maddi gəlir məqsədilə müxtəlif ünvanlara çatdırmağı planlaşdırdıqlarını bildiriblər.Faktla bağlı araşdırmalar davam etdirilir.

Diqqət Çəkənlər

Honkonqun Tay Po rayonunda yanğın VİDEO

“Ədəb keçmişdə qaldı, arsızlıq dövrün dəbinə çevrildi

Narın uşaqlar üçün faydaları

Seçilən
15
ulusum.az

1Mənbələr