Qərb ölkələri bilərəkdən müharibəyə hazırlaşır.
Publika.az xəbər verir ki, bu bunu Belarus prezidenti Aleksandr Lukaşenko deyib.
O, NATO ölkələrinin 2025-ci ildə müdafiə xərclərinin təxminən 1,6 trilyon dollar olduğunu və Polşanın gələn il müdafiə xərclərini 55 milyard dollar artırmağı planlaşdırdığına diqqət çəkib.
“Bütün yuxarıda deyilənlər aqressiv ritorika ilə birlikdə Qərb siyasətçilərinin bilərəkdən müharibəyə hazırlaşdığını göstərir”, - Belarus lideri əlavə edib.