AZ

Lukaşenko Zelenskiyə XƏBƏRDQARLIQ ETDİ - VİDEO

Əgər Ukraynanı indiki sərhədləri daxilində saxlamaq istəyirsinizsə, danışıqlar aparmalısınız, danışıqlara torpedo verməyin.

Musavat.com xəbər verir ki, bunu Belarus prezidenti Aleksandr Lukaşenkonun Ukrayna prezidenti Volodimir Zelenskiyə etdiyi xəbərdarlıqda bildirib.

“Nə qədər ki, Ukraynanın dənizə çıxışı var, nə qədər ki, Odessa və Nikolayev var, bu bir gecədə baş verməyə bilər”, - o əlavə edib.

Lukaşenko həmçinin qeyd edib ki, o, Ukraynada müharibənin sona yaxınlaşdığına “həmişəkindən daha çox” inanır. Belarus lideri Ukraynanın ABŞ-ın təklif etdiyi sülh müqaviləsini qəbul edəcəyinə əminliyini ifadə edib.

"Top indi Ukraynanın meydançasındadır. Cəbhədəki mövcud vəziyyəti nəzərə alsaq, razılaşmadan imtina etmək ölkənin tamamilə itirilməsinə səbəb ola bilər", - o vurğulayıb.

Musavat.com

Seçilən
32
9
musavat.com

10Mənbələr