AZ

8 721 oğlana Uğur, 7 629 qıza isə Zəhra adı qoyulub

Yazını böyüt
Yazını kiçilt

Bu il yeni doğulan uşaqlara ən çox qoyulan adlar açıqlanıb.

Hafta.az Ədliyyə Nazirliyinin statistik məlumatlarına əsasən xəbər verir ki, cari ildə yeni doğulan oğlan uşaqlarına ən çox Uğur, qız uşaqlarına isə Melisa adı qoyulub.

Uşaqlara ən çox qoyulan oğlan adları siyahısında ilk onluqda Uğur (1 569), Raul (1 166), Hüseyn (1 050), Əli (1 028), Yusif (986), Miran (746), Ömər (692), Ayxan (675), Tunar (625), Murad (607) adları yer alıb.

Qız uşaqlarına qoyulan adlar siyahısında ilk onluqda Melisa (1 073), Zeynəb (1 015), Məryəm (1 014), Nilay (993), Aylin (964), Ayla (944), Zəhra (942), İnci (846), Alisa (835), Fatimə (715) yer alıb.

Son beş ildə oğlanlara ən çox Uğur (8 721), qızlara isə Zəhra (7 629) adı qoyulub.

Seçilən
157
4
hafta.az

4Mənbələr