AZ

Litvadan miqrantlarla bağlı qərar: yalnız bir hissəsini qəbul edəcək

ain.az, Ayna portalına istinadən məlumat yayır.

Vilnüs miqrantların qalan hissəsinə görə Brüsselə pul ödəyəcək

Litva Seymi (parlamenti) Avropa İttifaqının Miqrasiya Paktı çərçivəsində qeyri-qanuni miqrantların yalnız bir hissəsini qəbul etməyə razılıq verib. Vilnüs miqrantların qalan hissəsinə görə Brüsselə pul ödəyəcək.

AYNA.AZ xarici mediaya istinadən xəbər verir ki, Litva Seyminin Avropa məsələləri üzrə komitəsinin sədri Rasa Budberqite jurnalistlərlə görüşündə deyib. “Biz qarışıq variant seçməyə razılaşdıq: miqrantların bir qisminə görə pul ödəyəcəyik, digər qismini isə qəbul edəcəyik”, - deyə Rasa Budberqite bildirib.

Onun sözlərinə görə, Litvanın özünə dəstək lazımdır və o, milyonları küçəyə atmaq niyyətində deyil. “Biz Avropa İttifaqının şərq sərhədindəyik, özümüzün maliyyə resursları tələb edən aktual problemlərimiz var”, - deyə komitə sədri əlavə edib.

Bu qərar parlamentin Avropa işləri, xarici siyasət, sosial məsələlər, əmək və insan hüquqları komitələri tərəfindən də dəstəklənib.

Qeyd edək ki, Avropa İttifaqının Miqrasiya Paktına əsasən, üzv dövlətlər Afrikadan ittifaqın cənub ölkələrinə daxil olan qanunsuz miqrantların bir hissəsini qəbul etməli və ya bunun üçün müəyyən vəsait ödəməlidir. Pakt çərçivəsində Litvanın payına 158 miqrant və ya 3,16 milyon avro düşür.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
8
1
ayna.az

2Mənbələr