AZ

Müəllimlərin attestasiyasının vaxtı AÇIQLANDI

Modern.az saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

Mədəniyyət Nazirliyinin tabeliyində fəaliyyət göstərən musiqi və incəsənət məktəbləri müəllimlərinin peşə səriştə və bacarıqlarının ölçülməsi məqsədilə növbəti attestasiya fevral ayında keçirləcək.Modern.az-ın məlumatına görə, bu barədə mədəniyyət nazirinin müşaviri Cəsarət Valehov sosial şəbəkədə ona ünvanlanan suala cavab verərəkən bildirib.Budəfəki attestasiya regionlardakı musiqi və incəsənət məktəblərini əhatə edəcək.Xatırladaq ki, 2025-ci il üzrə nəzərdə tutulan attestasiya prosesi iyulun 1-də başa çatıb. Builki attestasiya Bakı, Abşeron-Xızı, Mil-Muğan, Şirvan-Salyan və Quba-Xaçmaz regionlarındakı təhsil ocaqlarını əhatə edib.Fevralın 28-də başlayan və iyulun 1-də başa çatan mərhələli prosesdə müxtəlif ixtisaslar üzrə ümumilikdə 4100-dək müəllimin bilik və təcrübəsi qiymətləndirilib. Attestasiya komissiyasının qərarına əsasən tutduğu vəzifəyə uyğun hesab edilməyən müəllimlərin əmək müqaviləsinə xitam verilib.2026-cı ildə ölkənin bütün regionları üzrə Mədəniyyət Nazirliyi sistemindəki təhsil ocaqlarında çalışan müəllimlərin attestasiyası başa çatdırılacaq.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
91
7
modern.az

8Mənbələr